“International” BOKT-nin faiz xərcləri kəskin artıb

10:24 - 1.06.2026


1 iyun, Fineko/abc.az. “International” BOKT ASC 2025-ci ilin hesabatını açıqlayıb.

ABC.AZ xəbər verir ki, hesabatdan məlum olur ki, ötən il BOKT-nin faiz xərcləri 47.4% artaraq 5.71 mln. manat olub.

Eyni dövrdə ümumi xərclər 17.5 mln. manata çataraq 34% yüksəlib. Nəticədə mənfəət vergisindən əvvəlki mənfəət 16.7% artaraq 7.03 mln. manata yüksəlib.

2025-ci ilin sonuna “International” BOKT-un cəmi aktivləri 60.65 mln. manat təşkil edib ki, bu da bir il əvvəlki göstərici ilə müqayisədə 33.2% çoxdur. Müştərilərə verilmiş kreditlərin həcmi 51.26 mln. manata yüksələrək 35% artıb. Kredit portfeli aktivlərin 84.5%-ni formalaşdırıb ki, bu da şirkətin əsas fəaliyyətinin kreditləşmədən asılı olaraq qaldığını göstərir. Aktivlərin böyüməsinin əsas mənbəyi də məhz kredit portfelinin genişlənməsi olub.

Eyni zamanda kredit zərərləri üzrə ehtiyatların 23 dəfədən çox artması portfeldə artıb.

Müəllif: Elmir Muradov