10:16 - 21.05.2026
21 may, Fineko/abc.az. Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2026-cı ilin yanvar-aprel aylarında Azərbaycan Respublikasına dünyanın 175 ölkəsindən 658,5 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,5 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
ABC.AZ xəbər verir ki, gələnlərin 26,7 faizi Rusiya Federasiyası, 22,4 faizi Türkiyə, 8,7 faizi İran, 5,3 faizi Gürcüstan, 4,5 faizi Qazaxıstan, 3,2 faizi Özbəkistan, 3,0 faizi Hindistan, 2,7 faizi Pakistan, 2,2 faizi Çin, 2,1 faizi Səudiyyə Ərəbistanı, 1,6 faizi Ukrayna, 1,5 faizi Türkmənistan, 1,4 faizi İsrail, hər birindən 1,1 faiz olmaqla Almaniya və Böyük Britaniya, 12,5 faizi digər ölkələrin vətəndaşları və vətəndaşlığı olmayan şəxslər olub.
Gələnlərin 70,9 faizini kişilər, 29,1 faizini qadınlar təşkil edib. 2025-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 2026-cı ilin yanvar-aprel aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 17,1 faiz artaraq 32,6 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 3,5 faiz artaraq 251,5 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 27,8 faiz azalaraq 85,1 min nəfər, digər ölkələrdən gələnlərin sayı 16,7 faiz azalaraq 289,3 min nəfər təşkil edib.