AMB bu il yeni nominalda əskinasın dövriyyəyə buraxılmasını planlaşdırmır

12:30 - 6.05.2026


6 may, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) bu il yeni nominalda əskinasın dövriyyəyə buraxılmasını planlaşdırmır.

ABC.AZ xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov mətbuat konfransında bildirib.

"Xüsusilə 500 manat nominalında əskinasın çapı nəzərdə tutulmur", - deyə o qeyd edib.