14:55 - 29.04.2026
29 aprel, Fineko/abc.az. İranın Yaponiyadakı səfirliyi bildirib ki, Tehran Idemitsu Maru adlı Yaponiya tankerinə Hörmüz boğazından keçməyə icazə verib və bu qərar 1953-cü il hadisələrinə görə təşəkkür məqsədi daşıyır. Həmin dövrdə Yaponiyanın Idemitsu şirkəti embarqoya baxmayaraq İran neftini Yaponiyaya daşımışdı.
ABC.AZ xəbər verir ki, Tokioda bu addımın iki ölkə arasında “uzunmüddətli dostluğu simvolizə etdiyi” vurğulanıb. İran Xarici İşlər Nazirliyi də Yaponiyaya bağlı gəmilərin boğazdan keçidinə icazə veriləcəyini açıqlayıb.
10 Avqust 2026
7 Avqust 2026