10:26 - 29.04.2026
29 aprel, Fineko/abc.az. 2026-cı ilin 31 mart tarixinə ölkədə fəaliyyət göstərən bank sektorunun cəmi aktivləri 57.96 milyard manat, öhdəlikləri 50.29 milyard manat, balans kapitalı isə 7.67 milyard manat təşkil edib. Mart ayı ərzində aktivlər və öhdəliklər 1.4%, kapital isə 2% artıb.
ABC.AZ Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, hesabat ayında bankların kredit portfeli 0.6% və ya 171.5 milyon manat artaraq 30.29 milyard manata yüksəlib.
Portfelin 53.5%-ni və ya 16.21 milyard manatını biznes kreditləri, 31.3%-ni və ya 9.49 milyard manatını istehlak kreditləri, 15.2%-ni və ya 4.58 milyard manatını isə ipoteka kreditləri təşkil edib.
Bank sektorunun öhdəliklərinin əsas hissəsini depozitlər formalaşdırıb. Depozit portfeli 37.57 milyard manat olmaqla cəmi öhdəliklərin 74.7%-nə bərabər olub. Depozitlərin 20.98 milyard manatı hüquqi şəxslərin, 16.59 milyard manatı isə fiziki şəxslərin vəsaitləridir. Fiziki şəxslərin əmanətlərinin 69.1%-i (11.46 milyard manat) manatla, 30.9%-i (5.13 milyard manat) isə xarici valyutada saxlanılıb. Əmanət portfelinin 64.9%-ni və ya 10.76 milyard manatını müddətli əmanətlər təşkil edib. Mart ayında fiziki şəxslərin müddətli əmanətləri 0.7% və ya 71.8 milyon manat artıb. İlin ilk rübündə bu artım 4.3% və ya 442.1 milyon manat olub.
Müəllif: Elmir Muradov
3 Avqust 2026
1 Avqust 2026
1 Avqust 2026