Dünya vençur bazarı 2026-cı ilin birinci rübündə rekordu yeniləyib

12:22 - 21.04.2026


21 aprel, Fineko/abc.az. Qlobal vençur bazarının həcmi 2026-cı ilin ilk rübündə 285,5 milyard dollara yüksəlib. Bu, ötən illə müqayisədə 2,8 dəfə çoxdur və müşahidələr tarixində ən yüksək göstəricidir.

ABC.AZ xəbər verir ki, artımda əsas amil OpenAI ilə bağlanan 122 milyard dollarlıq sövdələşmə olub ki, bu da ümumi həcmin təxminən 43%-ni təşkil edir. Həmin razılaşma nəzərə alınmasa belə, bazar 163,5 milyard dollar səviyyəsinə çataraq 2022-ci ilin I rübündən bəri ən yüksək nəticəni göstərib.

Eyni zamanda investisiyalar artsa da, biznes fəallığı azalıb. Belə ki, bağlanan sövdələşmələrin sayı ötən illə müqayisədə 25%-dən çox azalıb.