12:10 - 13.04.2026
13 aprel, Fineko/abc.az. Azərbaycanda 2025-ci ildə strateji plan üzrə tədbirlərin icra səviyyəsi 89%-ə çatıb.
ABC.AZ xəbər verir ki, bu barədə "Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabat"da bildirilib.
Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilir.
Məlumata görə, rəyə təqdim olunan dövlət büdcəsinin xərclərinin əhatə dairəsi üzrə göstərici 2025-ci ildə 100% təşkil edib, faktiki icra isə 100% olub.
Rəydə əks olunan tövsiyələrin dövlət büdcəsinin xərclərinə təsir etmə səviyyəsi üzrə göstərici 80 %-dən çox müəyyən edilsə də, faktiki icra 85,2% olub.
Audit hesabatlarının əhatə dairəsi üzrə göstərici 8-dən çox müəyyən edilib və faktiki icra 8 olub.
4 Avqust 2026
4 Avqust 2026