“Mastercard” BVNK-nı satın alır

11:45 - 6.04.2026


6 aprel, Fineko/abc.az. “Mastercard” sabit kriptovalyutalar infrastrukturunun lideri olan BVNK-nın 300 milyon dollar şərti ödəniş daxil olmaqla, 1,8 milyard dollara satın alınması ilə bağlı yekun razılaşma əldə etdiyini bəyan edib.

Bu barədə ABC.AZ "Mastercard"a istinadən xəbər verir.

Bu sövdələşmə “Mastercard”ın rəqəmsal aktivlərin, eləcə də vəsaitlərin valyutalar, ödəniş sistemləri və regionlar arasında dövriyyəsinin kompleks dəstəklənməsi imkanını daha da genişləndirir.

BVNK və “Mastercard”ın imkanlarının birləşdirilməsi müxtəlif sistemləri maneəsiz əlaqələndirməyə imkan verən genişmiqyaslı etibarlı qarşılıqlı uyğunluğu təmin edəcək.

Bu satınalma şirkətin onçeyn ödənişlərin növbəti inkişaf mərhələsində bütün bazar iştirakçıları üçün imkanları maksimuma çatdırmaq məqsədilə əməkdaşlığın möhkəmləndirilməsinə və innovasiyaların təşviqinə yönəlmiş “Mastercard Crypto Partner Program” kimi son təşəbbüslərini tamamlamış olur.

“Mastercard” və BVNK-nın səylərinin birləşdirilməsi müştərilərə qapalı ekosistemlərdən asılı olmadan, ehtiyac duyduqları ən uyğun həllərə çıxış imkanı verən, konkret rəqəmsal aktivlərə və blokçeyn şəbəkəsinə neytral yanaşma təqdim edəcək.