İki ayda bankların qeyri-faiz gəlirləri 281 milyon manat olub

16:34 - 3.04.2026


3 aprel, Fineko/abc.az. 2026-cı ilin yanvar-fevral ayına Azərbaycanda fəaliyyət göstərən bankların qeyri-faiz gəlirləri 281 milyon manat təşkil edib.

ABC.AZ Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2025-ci ilin eyni dövründə bankların qeyri-faiz gəlirləri ilə müqayisədə 305.1 milyon manat olub ki, bu da illik müqayisədə 8% azalmadır.

Bankların hesabların aparılması və digər xidmətlərdən əldə etdikləri komisyon gəlirləri 68.7 milyon manat təşkil edib. Ötən ilin müvafiq dövründə isə bu göstərici 63 milyon manat olub. (C) Banker