Azərbaycan əhalisinin kripotvalyutalarla alış-veriş etməsi nə vaxt mümkün olacaq? - Özəl xəbər

10:35 - 1.04.2026


1 aprel, Fineko/abc.az. -(özəl xəbər)- Artıq hamımıza məlumdur ki, bir çox ölkələrdə kriptovalyutlarla əksər ticarət mərkəzlərində alış-veriş etmək mümkündür.

Məsələn, Argentinada əhali bundan bir neçə ildir istifadə edə bilir. Bəs Azərbaycanda kriptovalyutalardan ticarət mərkəzlərində nə vaxtdan istifadə etmək mümkün olacaq?

Elə bu sualla Azərbaycan Mərkəzi Bankına sorğu ünvanladıq.

AMB-dən ABC.AZ-a bildirildi ki, hazırda ölkədə kriptovalyuta bazarı tənzimlənmədiyi üçün bu sahə üzrə rəsmi fəaliyyət mexanizmləri və lisenziyalaşdırma sistemi mövcud deyil.

Tənzimləyici orqanda hesab edirlər ki, virtual aktivlər va onların xidmət təminatçılarının fəaliyyətinə dair müvafiq qanunvericilik qüvvəyə mindikdən sonra, yalniz lisenziyaya malik subyektlər rəsmi faliyyət göstərə biləcək:

"Bundan sonra isə bazarın həcmi ilə iştirakçıları barədə dəqiq məlumat bazası formalaşacaq. Bütövlükdə vurğulamaq lazımdır ki, kriptoaktivlərin maliyyə sisteminə geniş inteqrasiyası ilə bağlı qərarlar yalnız müvafiq hüquqi baza formalaşdıqdan və risklər dərindən qiymətləndirildikdən sonra qəbul edilə bilər. Mərkəzi Bankın yanaşmasına görə, virtual aktivlərin tənzimlənməsi mərhələli şəkildə həyata keçiriləcak və bazar istirakçları üçün təhlükəsiz, şəffaf mühit yaradıldıqdan sonra bu sahədə yeni imkanlar yarana bilər. Bu prosesin tərkib hissəsi kimi, innovativ maliyə məhsullarının real mühitdə sınaqdan keçirilməsi və tənzimləmə yanaşmasının təkmilləşdirilməsi məqsədi ilə Mərkəzi Bankın xüsusi tənzimləmə rejimi çərçivəsində müvafiq layihələrin icrası davam etdirilir".

Müəllif: Elmir Muradov