16:36 - 31.03.2026
31 mart, Fineko/abc.az. Milli Depozit Mərkəzi (MDM) tərəfindən 01 aprel 2026-cı il tarixində Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) buraxdığı, AZİR-ə (Banklararası Təminatsız Pul Bazarında İstinad Faiz Dərəcəsi) əsaslanan dəyişən faizli (floating rate) istiqrazlar üzrə növbəti kupon ödənişi həyata keçiriləcək.
Bu barədə ABC.AZ MDM-yə istinadən xəbər verir.
Kupon ödənişinin məbləği hər bir istiqraz üzrə 1 586,22 manat təşkil edir.
Qeyd edək ki, nominal dəyəri 100 000 manat olan, dövlət qeydiyyat nömrəsi AZ2001028169 olan istiqrazların yerləşdirilməsi 01 oktyabr 2025-ci il tarixində uğurla baş tutmuşdur.
10 Avqust 2026
10 Avqust 2026