Ötən bir il ərzində tədiyyə balansında 1,4 milyard dollarlıq kəsir yaranıb

11:27 - 17.03.2026


17 mart, Fineko/abc.az. 2025-ci ildə Azərbaycanın tədiyyə balansının ümumi kəsiri 1,4 milyard ABŞ dolları təşkil edib.

ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən mətbuat konfransında qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.

"Söhbət il ərzində reallaşmış ehtiyat aktivlərimizin azalmasından gedir.

Bu göstərici hesablanan zaman BOP6 (Tədiyyə Balansı üzrə Rəhbərliyin 6-cı nəşri) qaydalarına və manualına uyğun olaraq yenidənqiymətləndirmə və məzənnə fərqi nəzərə alınmır", - deyə AMB rəsmisi əlavə edib.