12:09 - 12.03.2026
12 mart, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) "Könüllü kredit qadağası" mexanizmi üzərində işlər tamamlanmaq üzrədir.
ABC.AZ xəbər verir ki, bunu AMB sədrinin müavini Toğrul Əliyev Bakıda keçirilən forumda bildirib.
Onun sözlərinə görə, hazırda yeni bir təhlükəsizlik aləti – "Könüllü kredit qadağası" mexanizmi üzərində işlər tamamlanır: "Bu mexanizm vətəndaşlara öz adlarına məsafədən kredit rəsmiləşdirilməsinə könüllü olaraq məhdudiyyət qoymaq imkanı verəcək. Bu isə fırıldaqçılıq risklərini əhəmiyyətli dərəcədə azaldacaq".
O bildirib ki, AMB rəqəmsal maliyyə ekosistemində istehlakçıların hüquqlarının qorunması və kiberdələduzluq halları ilə mübarizə istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirir. ©Report
3 Avqust 2026
1 Avqust 2026
1 Avqust 2026