10:23 - 14.11.2018
14 noyabr, Fineko/abc.az. “Azəri Light” markalı Azərbaycan neftinin qiyməti 3,95 dollar (5,47%) düşüb.
Hazırda “Azəri Light” markalı neftin bir barelinin qiyməti 68,20 dollar təşkil edir.
13 noyabr tarixində keçirilən ticarətin nəticəsində “NYMEX” birjasında “WTI” markalı neftin dekabr fyuçersinin qiyməti 4,24 dollar (7,07%) düşərək bir barelə 55,69 dollar təşkil etmişdir.
Keçən ticarətin nəticəsində “ICE” birjasında “Brent” markalı neftin yanvar ayının fyuçersinin qiyməti 4,65 dollar (6,63%) düşərək bir barelə 65,47 dollar təşkil etmişdir.
“Brent” və “WTI” markaları arasındakı qiymət fərqi bu gün 9,78 dollara bərabərdir.
3 Avqust 2026
3 Avqust 2026
1 Avqust 2026