Azərbaycanda problemli kreditlər xeyli artıb

11:44 - 26.02.2026


26 fevral, Fineko/abc.az. 2026-ci il fevral ayının 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 557,5 milyon manat təşkil edib.

ABC.AZ Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici yanvarın 1-i ilə müqayisədə 33 milyon manat çoxdur.