09:52 - 8.11.2018
8 noyabr, Fineko/abc.az. “Azəri Light” markalı Azərbaycan neftinin qiyməti 0,04 dollar (0,05%) ucuzlaşıb.
Hazırda “Azəri Light” markalı neftin bir barelinin qiyməti 72,83 dollar təşkil edir.
Keçən ticarətin nəticəsində “NYMEX” birjasında “WTI” markalı neftin dekabr fyuçersinin qiyməti 0,54 dollar (0,87%) düşərək bir barelə 61,67 dollar təşkil etmişdir.
Keçən ticarətin nəticəsində “ICE” birjasında “Brent” markalı neftin yanvar ayının fyuçersinin qiyməti 0,06 dollar (0,08%) enərək bir barelə 72,07 dollar təşkil etmişdir.
“Brent” və “WTI” markaları arasındakı qiymət fərqi bu gün 10,4 dollara bərabərdir.