Tikinti şirkətinin dövlətə böyük məbləğdə borcu yaranıb

11:39 - 3.02.2026


3 fevral, Fineko/abc.az. “Az-Caspian Construction” MMC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.

ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətinin məlumat bazasından əldə etdiyi rəqəmlər belə deməyə əsas verir. Məlumata əsasən, “Az-Caspian Construction” MMC-nin vergi borcu 1 816 982.35 manatdır.

Xatırladaq ki, “Az‑Caspian Construction” MMC 2009-cu ildə təsis edilmiş Azərbaycanın tikinti şirkətlərindən biridir. Şirkətin nizamnamə kapitalı 20 manatdır və qanuni təmsilçisi Rəşad İbadovdur.