16:08 - 30.01.2026
30 yanvar, Fineko/abc.az. Londondakı ICE birjasında 2026-cı ilin mart ayında tədarük olunacaq kakao paxlası üzrə fyuçerslərin qiyməti 14 noyabr 2023-cü ildən bəri ilk dəfə olaraq bir ton üçün 4 000 dollardan aşağı enib.
ABC.AZ xəbər verir ki, bu barədə ticarət məlumatlarında deyilir.
Bakı vaxtı ilə saat 14:42-yə olan məlumata görə, fyuçerslərin qiyməti 5,27% azalaraq bir ton üçün 3 957 dollar təşkil edib.
Bloomberg agentliyinin yazdığına görə, qiymətlərin azalması kakao paxlasının emalı ilə bağlı hesabatların açıqlanması fonunda baş verib. Həmin hesabatlar göstərib ki, son iki il ərzində qiymətlərin uzunmüddətli artımı səbəbindən paxlaya olan tələbat azalıb.
Bloomberg əlavə edir ki, Qərbi Afrikada məhsulsuzluq səbəbindən kakao fyuçersləri 2024-cü ilin dekabrında tarixi maksimuma çatmışdı. Qiymət şoku istehlakçıları şokolad istehlakını azaltmağa, şirniyyat istehsalçılarını isə daha ucuz əvəzedicilərdən istifadə etməyə və resepturalara, xüsusən də qoz-fındıq kimi içliklər əlavə etməyə vadar edib.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026