Ötən il ödənişli xidmətlərdən büdcəyə daxilolmalar 24,1% artıb

16:56 - 28.01.2026


28 yanvar, Fineko/abc.az. 2025-ci ildə Azərbaycanda dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 679,7 milyon manat təşkil edib.

ABC.AZ xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən bildirilib. Məlumata görə, bu, 2024-cü illə müqayisədə 24,1 % çoxdur.

Bundan başqa, ötən il büdcəyə sair daxilolmalar isə 1 milyard 200,8 milyon manat olub ki, bu da əvvəlki ilə nisbətən 17,6 % çoxdur.