Cənubi Qafqazın tək qarğıdalı emalı müəssisəsi bağlanır

16:32 - 9.01.2026


9 yanvar, Fineko/abc.az. “CPC” MMC ləğv olunduğunu elan edir.

ABC.AZ xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini AZ1014 Bakı şəhəri, Nəsimi rayonu, Füzuli Orucov küçəsi, ev 35, Park View Biznes Mərkəzi, 3-cü mərtəbə ünvanına bildirə bilərlər.

Xatırladaq ki, “CPC” MMC 2007-ci ildə dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi İbrahim Mehdiyevdir. CPC MMC (Corn Processing Company) Azərbaycanda qarğıdalı nişastası və ona bağlı emal məhsulları istehsalı üzrə fəaliyyət göstərən müəssisədir. Müəssisənin istehsal kompleksi Oğuz şəhəri rayonunda yerləşir.