12:30 - 8.01.2026
8 yanvar, Fineko/abc.az. Tovuz Rayon İcra Hakimiyyəti tərəfindən Qəhrəmanlar parkında idman meydançasının təmiri işləri üzrə keçirilən kotirovka sorğusunun nəticəsi açıqlanıb.
ABC.AZ xəbər verir ki, tenderin qalibi "Günay-88" MMC olub. Müqavilənin ümumi dəyəri 28 800 manat təşkil edir. Ehtimal olunan qiymət isə 37 905 manat idi.
Qeyd edək ki, "Günay-88" MMC bundan əvvəl də Tovuz Rayon İcra Hakimiyyətinin sifarişi ilə rayonda müxtəlif abadlıq və təmir işlərini həyata keçirib. Şirkətin İcra Hakimiyyəti ilə imzaladığı əvvəlki müqavilələr aşağıdakılardır:
Tovuz şəhərində "Şəhidlər xiyabanı"nda təmir işləri – 106 227 manat (13.09.2021).
Tovuz Rayonunda Şəhidlər xiyabanının təmiri işləri – 70 581 manat (13.09.2022).
Tovuz Rayonunda Şəhidlər xiyabanının təmiri işləri – 69 035 manat (22.07.2022).
Tovuz rayonunun Əsrik Cırdaxan, Yanıqlı, Qəribli və İbrahimhacılı kəndlərində təbii fəlakətin (leysan, dolu və sel) vurduğu ziyanın aradan qaldırılması işləri – 41 092 manat (09.12.2021).
Bildirək ki,"Günay-88” MMC 13 aprel 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin hüquqi ünvanı Tovuz rayonu, Qovlar şəhəri, ev 26-da yerləşir. MMC-nin qanuni təmsilçisi Əliyev Rasim Əhməd oğludur.
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026