Aqrar-sənaye məhsullarının birgə ixracından Azərbaycana 1.2 milyard dolları daxil olub

10:52 - 30.12.2025


30 dekabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın dekabr sayını təqdim edib.

ABC.AZ-ın məlumatına görə, 2025-ci ilin yanvar-noyabr aylarında aqrar məhsullar üzrə ixrac 27,1% artaraq 892,1 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları üzrə ixrac isə 0,3% artaraq 288,2 milyon ABŞ dollarına bərabər olub.

Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 19,4% artaraq 1.2 milyard ABŞ dolları təşkil edib.

Qeyd olunan dövrdə ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (297,4 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pomidor (tomat) (175,4 milyon ABŞ dolları) ikinci, karbamid (163,4 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

2025-ci ilin noyabr ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında xurma  (40,9 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda meşə fındığı (26,2 milyon ABŞ dolları) ikinci, emal olunmamış aşqarlanmamış alüminium (23 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.