12:14 - 29.12.2025
29 dekabr, Fineko/abc.az. Bazar ertəsi, 29 dekabr tarixində, gümüşün qiyməti tarixdə ilk dəfə olaraq 82 ABŞ dollarını keçib.
ABC.AZ xəbər verir ki, Bakı vaxtı ilə saat 10:15-ə olan vəziyyətə görə, birja qiyməti təxminən 78 ABŞ dollarıdır.
Bloomberg-in məlumatına görə, bu gün gümüşün qiymətinin kəskin artmasına amerikalı milyarder İlon Maskın Çin ixrac məhdudiyyətləri ilə bağlı şərhi səbəb olub. Mask bildirib: «Bu yaxşı deyil. Gümüş bir çox sənaye prosesləri üçün vacibdir».
Bundan əlavə, gümüşün qiymətinin artımını sürətləndirən digər faktorlar spekulyativ alışlar və tələb-təklif balansının pozulmasıdır.
Eyni zamanda, qızılın qiyməti də 4500 ABŞ dollarının üzərində ticarət olunur. İlin əvvəlindən bu qiymətli metalın qiyməti 72% artıb.
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026