14:22 - 25.12.2025
25 dekabr, Fineko/abc.az. Çin dünya enerji yarışında üstünlük təşkil edir. Enerji gücü rekord 3.75 teravatta çatıb.
ABC.AZ xəbər verir ki, son 8 ildə bu rəqəm iki dəfə artıb: Çinin gücü artıq ABŞ-dan üç dəfə çoxdur (1,3 teravatt).
ÇXR-də həmçinin 34 nüvə reaktoru da tikilir. Bu, siyahıda olan digər 9 ölkədən daha çoxdur. Daha 200-ə yaxın reaktor planlaşdırma və ya inkişaf mərhələsindədir. Müqayisə üçün: ABŞ-da heç bir iri kommersiya nüvə reaktoru inşa edilmir.