16:42 - 19.12.2025
19 dekabr, Fineko/abc.az. 2025-ci ilin 9 ayında Avropa ölkələrindən Azərbaycana daxil olan fiziki şəxslərin pul baratlarının ümumi həcmi 109.4 mln. dollar təşkil edib.
Bu göstərici 2024-cü ilin eyni dövründə 94.24 mln. dollar idi. Beləliklə, Avropadan pul daxilolmaları 15.15 mln. dollar və ya 16.1% artıb.
ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, Almaniyadan daxilolmalar 18.63 mln. dollardan 17.3 mln. dollara enib və bu istiqamətdə 1.32 mln. dollar və ya 7.1% azalma qeydə alınıb.
Fransadan daxil olan vəsaitlər isə əksinə, kəskin artaraq 6.84 mln. dollardan 19.03 mln. dollara yüksəlib ki, bu da 12.19 mln. dollar və ya 178.2% artım deməkdir. İtaliya üzrə daxilolmalar 2.05 mln. dollardan 2.1 mln. dollara yüksəlib və artım ya 2.4% təşkil edib. Niderlanddan daxil olan pul baratları illik 6% faiz artaraq 4.79 mln. dollara, Polşadan 38.7% artaraq 3.63 mln. dollara yüksəlib.
Eyni zamanda, Azərbaycandan Avropa ölkələrinə köçürülmüş pul baratlarının ümumi həcmi 81.53 mln. dollardan 77.05 mln. dollara enib ki, illik 4.48 mln. dollar və ya 5.5% azalma qeydə alınıb.
Nəticədə Avropa istiqaməti üzrə xalis pul axını Azərbaycanın xeyrinə əhəmiyyətli dərəcədə yaxşılaşıb.
14 Avqust 2026
14 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026