10:34 - 18.12.2025
18 dekabr, Fineko/abc.az. - (özəl xəbər) - "Expressbank"da bu ilin 9 ayında problemli kreditlərin həcmi ötən illə müqayisədə azalıb.
ABC.AZ-ın apardığı hesablamalara görə, bankın vaxtı keçmiş kreditləri ötən il 12 ay ərzində 9 milyon 200 min manat təşkil edib. 2025-ci il başa çatmadığından bankın illik hesabatı hələki açıqlanmır.
Bu səbəbdən də saytımız bankın 2025-ci ilin 9 ayı üzrə hesablamalar apara bilib.
Məlum olub ki, "Expressbank"ın bu ilin 9 ayında vaxtı keçmiş kreditləri 6 milyon 367 min 104 manat olub. Rəqəmlər bankın vaxtı keçmiş kreditlərinin azaldığını göstərsə də bu 9 ayın göstəricisidir. Nəzərə alsaq ki, 3 ayın statistikası hələlik açıqlanmayıb, bankın problemli kreditlərinin artımını da müşahidə etmiş ola bilərik. Bunu isə ya ilin sonunda, ya da gələn ilin əvvəlində daha dəqiq biləcəyik.
Müəllif: Elmir Muradov
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026