12:07 - 15.12.2025
15 dekabr, Fineko/abc.az. Bu ilin 9 ayında Azərbaycana pul köçürmə sistemləri vasitəsilə cüzi artım olub. Belə ki, sözügedən dövr ərzində ölkəyə 850 milyon dollar pul baratı (0,2 faiz artım) daxil olub.
ABC.AZ-ın məlumatına görə, bunu tədiyə balansının açıqlanmasına həsr olunmuş mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov deyib.
O, Azərbaycana ən çox pul köçürmələrində fərqlənən ölkələrin siyahısını açıqlayıb:
Rusiya - 344 milyon ABŞ dolları;
Türkiyə- 140 milyon ABŞ dolları;
ABŞ - 74 milyon dollar;
Birləşmiş Krallıq - 31 milyon ABŞ dolları;
Gürcüstan - 30 milyon ABŞ dolları.
S.Nəsirov vurğulayıb ki, dövr ərzində Azərbaycandan xaricə köçürülmüş pul baratlarının həcmi 361 milyon dollar olub.
Azərbaycandan ən çox pul köçürmələrinin ölkələr üzrə bölgüsü belə olub:
Türkiyə- 104 milyon dollar;
ABŞ - 55,8 milyon dollar;
Rusiya - 34 milyon dollar;
Birləşmiş Krallıq - 20 milyon dollar;
Gürcüstan- 19,8 milyon dollar
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026