Doqquz ayda iqtisadiyyata 4,7 milyard dollar birbaşa xarici investisiya yatırılıb - AMB rəsmisi

11:45 - 15.12.2025


15 dekabr, Fineko/abc.az. Bu ilin ilk 9 ayında Azərbaycan iqtisadiyyatına 4,7 milyard dollar birbaşa xarici investisiya yatırılıb.

ABC.AZ xəbər verir ki, bunu tədiyə balansının açıqlanmasına həsr olunmuş mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov deyib.

O bildirib ki, sözügedən dövrdə 5 milyard dollar kapital repatriasiyası həyata keçirilib.

"Ölkədən xaricə 2,038 milyard dollarlıq birbaşa investisiya yatırılıb. Azərbaycandan ən çox yatırım İsrail iqtisadiyyatına yönəldilib ki, (542,6 milyon dollar) bu da "Tamar" layihəsi ilə bağlıdır", - deyə, o vurğulayıb.

Müəllif: Elmir Muradov