10:59 - 14.11.2017
14 noyabr, Fineko/abc.az. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gəncə şəhərində çoxmənzilli binaların əsaslı təmiri və abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin 2017-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 7 milyon manat, o cümlədən 72 çoxmənzilli binaların dam örtüyünün dəyişdirilməsi və fasad hissəsinin əsaslı təmiri üçün 5 milyon manat, abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 2 milyon manat ayrılıb.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə bu Sərəncamın maliyyələşdirilməsinin təmin edilməsi həvalə edilib.
Dövlət başçısı, digər sərəncamlarla şəhərin İcra Hakimiyyətinə 2018-ci il dövlət büdcəsi vəsaitləri hesabına maliyyələşdiriləcək Gəncə İdman Sarayının layihələndirilməsinin və tikintisinin təmin edilməsini tapşırıb.
28 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026
26 Avqust 2026
27 Avqust 2026