10:14 - 2.12.2025
2 dekabr, Fineko/abc.az. (Özəl xəbər) Uzun zamandır Azərbaycanda İslam bankçılığının tətbiq ediləcəyi anonsu verilsə də, müəyyən səbəblərdən proses gecikir.
Ekspertlər yubanmanın ölkədə mexanizmin olmaması və hüquqi bazanın yoxluğundan irəli gəldiyini düşünür.
Azərbaycan Mərkəzi Bankından isə ABC.AZ-ın sorğusuna cavab olaraq bildirilib ki, tənzimləyici orqanın 2024–2026-cı illər üzrə Maliyyə Sektorunun İnkişaf Strategiyasında İslam bankçılığının tətbiqi təşəbbüslərdən biri kimi müəyyən edilib.
AMB-dən saytımıza bildirilib ki, strateji tədbirin icrası çərçivəsində islam bankçılığı məhsullarının tətbiqi üzrə beynəlxalq təcrübə, o cümlədən Türkiyə, Pakistan, Malayziya və Qazaxıstan kimi ölkələrin təcrübəsi öyrənilib:
"Həmçinin, İslam bankçılığında ən geniş yayılmış məhsul növləri və onların işləmə mexanizmləri araşdırılmış, mövcud bazar şəraiti nəzərə alınmaqla Azərbaycana uyğun məhsullar müəyyən edilib. İslam bankçılığının hüquqi bazası formalaşdırıldıqdan sonra Mərkəzi Bankın normativ xarakterli aktlarına dəyişiklik layihələri hazırlanacaq, həmçinin islam bankçılığı məhsulları üzrə nəzarət və hesabatlıq çərçivəsininin formalaşdırılması işləri aparılacaq".
Müəllif: Elmir Muradov
10 Avqust 2026
7 Avqust 2026