15:34 - 28.11.2025
28 noyabr, Fineko/abc.az. Bu il oktyabrın 1-nə Naxçıvan Muxtar Respublikasında 6,4 milyon manat vaxtı keçmiş kredit olub.
ABC.AZ-ın məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının Naxçıvandakı idarəsi bəyan edib.
Məlumata görə, sentyabrın sonuna problemli kreditlərin xüsusi çəkisi 1,4 % təşkil edib.
Halbuki, 1 oktyabr 2021-ci il tarixin vaxtı keçmiş kreditlərin məbləği 10,25 milyon manat olub, xüsusi çəkisi isə 4,2 % olub. Yəni, bu müddətdə problemli kreditlərin məbləği 3,6 milyon manat, xüsusi çəkisi isə 2,8 faiz bəndi azalıb.
"Bu, göstərici kreditləşmə mexanizmlərinin təkmilləşdirilməsinin, regionda kredit portfelinin keyfiyyətinin yaxşılaşdığının, rəqəmsal bankçılığın genişləndirilməsinin və risklərin idarə olunmasına yönəlik görülən kompleks tədbirlərin nəticəsi kimi qiymətləndirilə bilər", - deyə məlumatda qeyd olunub.
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026