12:26 - 5.11.2025
5 noyabr, Fineko/abc.az. Nvıdıa və Deutsche Telekom Almaniyada güclü məlumat mərkəzinin yaradılmasına 1 milyard avro (1,2 milyard dollar) sərmayə qoyur. Onun istifadəyə verilməsi 2026-cı ilin əvvəlinə planlaşdırılır.
ABC.AZ xəbər verir ki, məlumata görə, Avropanın ən böyük proqram şirkəti SAP SE obyektin sifarişçisi kimi çıxış edəcək.
Deutsche Telekom-un baş direktoru Tim Hettges, Nvidia rəhbəri Jensen Huang, SAP direktoru Christian Klein və Almaniyanın rəqəmsal texnologiya naziri Karsten Vildbergerin gələn ay Berlində keçiriləcək tədbirdə planlarını açıqlamaları gözlənilir.