SOCAR-ın bu idarəsi 9 ayda 302 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

12:24 - 31.10.2025


31 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 302,8 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsul ixrac edib.

ABC.AZ-ın məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın oktyabr sayında bildirilir.

Bildirilir ki, bu, 2024-cü ilin ilk 9 ayı ilə müqayisədə 7 milyon ABŞ dolları və ya 2,26 % azdır.

Xatırladaq ki, 9 ay ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 7,7 % artaraq 2,6 milyard ABŞ dolları təşkil edib.