16:16 - 28.10.2025
28 oktyabr, Fineko/abc.az. "Xəyal adası" MMC ("Dreamland") 2024-cü ili 647 min manat xalis mənfəətlə başa vurub. Halbuki, şirkət 2023-cü ildən 4,519 milyon manat zərərlə çıxmışdı.
"Report" xəbər verir ki, ötən il "Xəyal adası"nın vergiyəqədərki mənfəəti 1,985 milyon manat (əvvəlki il zərər olub), mənfəət vergisi ödəmələri isə 1,338 milyon manat (əvvəlki il vergi ödəməyib) olub.
Bu il yanvarın 1-nə "Xəyal adası"nın aktivləri 326,867 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 2,8% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 6,4% artaraq 171,371 milyon manata çatıb, balans kapitalı isə 0,8% azalaraq 155,496 milyon manata düşüb.
8 Avqust 2026
8 Avqust 2026