Artıq bankların İslam maliyyəsi məhsullarını "sandbox" rejimində sınaqdan keçirməsinə imkan yaradılıb - Yunus Abdulov

15:10 - 23.10.2025


23 oktyabr, Fineko/abc.az. Bu mərhələdə ən mühüm transformasiya institusionallaşma istiqamətində baş verir.

ABC.AZ xəbər verir ki, bunu "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin icraçı direktoru Yunus Abdulov Bakıda keçirilən "İslam Maliyyə Forumu 2025" tədbirində bildirib.

O bildirib ki, burada xüsusi olaraq Azərbaycan Mərkəzi Bankının "2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası"nı xatırlatmaq istəyirəm.

"Strategiya maliyyə alətlərinin dərinləşdirilməsini və şaxələndirilməsini hədəf kimi müəyyən edir. Bu çərçivədə alternativ maliyyələşmə istiqamətlərinin – o cümlədən İslam bankçılığı və rəqəmsal kreditləşmənin – araşdırılması və hüquqi-normativ bazanın uyğunlaşdırılması nəzərdə tutulur. Artıq bankların İslam maliyyəsi məhsullarını "sandbox" rejimində sınaqdan keçirməsinə imkan yaradılıb" - deyə Yunus Abdulov bildirib.