15:02 - 23.10.2025
23 oktyabr, Fineko/abc.az. Azərbaycan bankları İslam bankçılığı üçün hazırdır, bunun üçün institusional çərçivə tamamlanmalıdır.
ABC.AZ xəbər verir ki, bunu "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin icraçı direktoru Yunus Abdulov Bakıda keçirilən "İslam Maliyyə Forumu 2025" tədbirində bildirib.
Onun sözlərinə görə, bu ilin I yarısında keçirilmiş sorğu bankların İslam maliyyəsinə marağının yalnız nəzəri deyil, həm də praktiki xarakter daşıdığını göstərib:
"Artıq həmin dövrdə bəzi banklar şəriətə uyğun maliyyələşmə həlləri üzərində işləyirdi və maraq konkret məhsul ailələrinə fokuslanmışdı. Əsas mesaj odur ki, bankların marağı sabitdir, müştəri seqmentləri aydındır və ilk tətbiq dalğası üçün lazımi bilik bazası mövcuddur. Başqa sözlə, bazar hazırdır – indi ona uyğun institusional çərçivəni tamamlamaq lazımdır".
12 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026