AMB İslam bankçılığı üzrə təcrübə proqramlarına start verib

14:58 - 23.10.2025


23 oktyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) İslam bankçılığı üzrə potensialın artırılması üçün Pakistan və Malaziya Mərkəzi Bankları, eləcə də Türkiyə İştirakçı Banklar Birliyi ilə təcrübə proqramlarına start verib.

ABC.AZ-ın məlumatına görə, bunu AMB-nin Maliyyə sektorunun dayanıqlı inkişafı departamentinin direktoru Rüstəm Tahirov Bakıda keçirilən "İslam Maliyyə Forumu 2025" tədbirində bildirib.

O həmçinin qeyd edib ki, İslam maliyyəsi alətlərinin tətbiqindən sonra onun ilkin nəticələri təhlil ediləcək: "Bunun əsasında bu məhsulların çeşidinin və əhatə dairəsinin genişləndirilməsi imkanları qiymətləndiriləcək". © Report