14:31 - 23.10.2025
23 oktyabr, Fineko/abc.az. Qarabağda aparılan yenidənqurma işləri böyük investisiya imkanları açır.
ABC.AZ xəbər verir ki, bunu Türkiyə Prezidentliyinin İnvestisiya və Maliyyə Ofisinin rəsmisi Tarık Akın Bakıda keçirilən İslam Maliyyə Forumunda (İMF) deyib.
O bildirib ki, İslami maliyyə alətləri – sukuk, təkatül və iştirakçılıq mexanizmləri bu layihələrin maliyyələşdirilməsində alternativ mənbə ola bilər.
Sonda o əlavə edib ki, Türkiyə Prezidentliyinin İnvestisiya və Maliyyə Ofisi Azərbaycanla İslami maliyyə sahəsində təcrübə mübadiləsini dərinləşdirməyə və yeni imkanları araşdırmağa tam hazırdır:
"Əminəm ki, bu əməkdaşlıq hər iki ölkənin iqtisadiyyatına yeni nəfəs gətirəcək və əlaqələrimizi daha da möhkəmləndirəcək".