12:17 - 23.10.2025
23 oktyabr, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 9 ayda valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq hesabına büdcədənkənar gəlirləri 15 milyard 66,1 milyon manat təşkil edib.
ABC.AZ xəbər verir ki, hesabat dövründə ARDNF-in aktivlərində müşahidə olunan artım əsasən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər və büdcədənkənar gəlirlər hesabına formalaşıb.
"Maliyyə bazarları baxımından, III rübdə müşahidə olunan nisbətən sakit iqtisadi-bazar mühiti dövlət istiqrazlarının gəlirlilik dərəcələrinin volatilliyinin əvvəlki rüblərlə müqayisədə azalmasına səbəb olub. Avrozona və Böyük Britaniyanın 10 illik dövlət istiqrazlarının gəlirlilik dərəcələrində artım, ABŞ-da isə azalma tendensiyası müşahidə olunub. Yüksək faiz gəlirlərinin də töhfəsi ilə Fondun borc öhdəliklərindən əldə etdiyi gəlirlər artıb.
Qlobal səhm bazarları III rübdə güclü performans göstərərək, əvvəlki rübdə müşahidə olunan artım tendensiyasını davam etdirib. Əsasən ABŞ bazarlarında baş verən yüksəliş nəticəsində, əsas indekslər yüksək gəlirlilik göstərib. Bu müsbət dinamika rüb ərzində ARDNF-in səhm bazarlarından əldə olunan gəlirlərinə əhəmiyyətli dərəcədə töhfə verib.
Qızıl bazarı hesabat dövründə ardıcıl olaraq tarixi maksimum səviyyələri yeniləyərək yüksək gəlirlilik nümayiş etdirib. Qlobal miqyasda davam edən qeyri-müəyyənliklər, mərkəzi bankların həyata keçirdiyi iri məbləğli alışlar və digər mənbələrdən mövcud tələbat qızılın qiymətinin yüksəlməsinə səbəb olub. Nəticə etibarilə, bu amillər Fondun qızıl altportfelinin performansını əhəmiyyətli dərəcədə yaxşılaşdırıb və büdcədənkənar gəlirlərin artımına töhfə verib", - deyə açıqlamada qeyd olunub.
12 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026