11:47 - 23.10.2025
23 oktyabr, Fineko/abc.az. Azərbaycanda ilkin mərhələdə tətbiq ediləcək İslam bankçılığı məhsulları müəyyən edilib.
ABC.AZ-ın məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə sektorunun dayanıqlı inkişafı departamentinin direktoru Rüstəm Tahirov Bakıda keçirilən "İslam Maliyyə Forumu 2025" tədbirində bildirib.
O qeyd edib ki, islam bankçılığı alternativ maliyyələşmə mexanizmi kimi diqqət mərkəzindədir və AMB-nin strateji hədəfləri sırasına daxil edilib: "Əsas məqsəd İslam bankçılığının ölkəmizdə tətbiqi yanaşmasını müəyyən etmək, onun strategiyasını formalaşdırmaq və həyata keçirməkdir. AMB aidiyyəti dövlət qurumları ilə birgə artıq bu prosesə başlayıb, ayrı-ayrı ölkələrin, xüsusən İslam bankçılığının tətbiqində nailiyyətlər əldə etmiş ölkələrin təcrübəsini, İslam bankçılığı üzrə mövcud modelləri təhlil edib, ölkəmizə uyğun yanaşma müəyyən edib".
12 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026