17:32 - 21.10.2025
21 oktyabr, Fineko/abc.az. Qazaxıstan buğdasının ilk partiyası Aktau-Bakı marşrutu ilə Ermənistana daxil olacaq.
ABC.AZ xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan Azərbaycan Prezidenti İlham Əliyevin Akordda Azərbaycan ərazisindən Ermənistana yüklərin tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması barədə bəyanatından sonra bildirib.
Kasım-Jomart Tokayev ilə birgə mətbuat konfransında İ.Əliyev Qazaxıstan taxılının bərpa olunan marşrut üzrə ilk tranzit yük olacağını təsdiqləyib.
"Bu, Azərbaycanla Ermənistan arasında sülhün artıq təkcə kağız üzərində deyil, həm də praktikada olduğuna əyani sübutdur", — deyə Azərbaycan lideri vurğulayıb.
3 Avqust 2026
4 Avqust 2026