Türkiyə 5G şəbəkələri üçün tezliklərin satışından 3,5 milyard dollardan çox gəlir əldə edib

10:23 - 17.10.2025


17 oktyabr, Fineko/abc.az. Türkiyə beşinci nəsil mobil rabitə şəbəkəsi (5G) üzrə tenderdən 3,5 milyard dollardan çox vəsait əldə edib.

ABC.AZ xəbər verir ki, bu barədə respublikanın nəqliyyat və infrastruktur naziri Abdülkadir Uraloğlu bildirib.

Tender ərəfəsində o, tenderin başlanğıc qiymətinin 2 milyard 125 milyon dollar olacağını bildirdi və səlahiyyətlilər yekunda bu məbləğdən az gözləmirlər. NTV, Türkiyə xəzinəsinə xalis daxilolmaların 2 milyard 945 milyon dollar olduğunu açıqlayıb. ƏDV nəzərə alınmaqla bu məbləğ 3 milyard 534 milyon dollara yüksəlib.

Hərracda telekommunikasiya şirkətlərinə 11 tezlik paketi satılıb. Onlardan beşini Turkcell mobil operatoru, dördünü Türk Telekom, ikisini isə Vodafone alıb.

Türkiyədə 5G şəbəkələrinin istifadəyə verilməsi 1 aprel 2026-cı il tarixindən planlaşdırılır