11:11 - 9.10.2025
9 oktyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) "Az-QR" standartını ödəniş bazarı iştirakçılarına təqdim edib.
ABC.AZ-ın məlumatına görə, bunu AMB-nin sədr müavini Vüsal Xəlilov Bakıda keçirilən "Baku Fintech Forum 2025"də bildirib.
O qeyd edib ki, bununla bağlı müzakirələr olub:
"Düşünürük ki, standartın tətbiqi sektorun inkişafında önəmli addımlardan olacaq. Əsas məqsəd vətəndaşlara daha inklüziv xidmət göstərilməsi, hər bir bankın, hər bir fintex təşkilatının mobil tətbiqi vasitəsi ilə istənilən vaxt QR-lə ödəmək imkanının olmasıdır. Bu da açıq ödəniş sisteminin inkişafına böyük töhfə verəcək".
Müəllif: Elmir Murad
15 Avqust 2026