Fintex sektorunun inkişafı üçün hazırda böyük imkan var - Vüsal Xəlilov

10:09 - 9.10.2025


9 oktyabr, Fineko/abc.az. Ölkəmizdə artıq 18 pul təşkilatı və 2 operator fəaliyyət göstərir.

ABC.AZ xəbər verir ki, bunu Bakı Fintex Forumunda çıxışı zamanı Mərkəzi Bank sədrinin birinci müavini Vüsal Xəlilov deyib.

O əmin olduğunu bildirib ki, bu təşkilatların funksionallığı artacaq.

"Sektor çox sürətlə inkişaf edir. Ödəniş sahəsinə toxunsaq aylıq kart dövriyyəsi 10 milyard manata çatdı. Bu artıq ölkənin nağdsız ödənişə keçdiyinin sübutudur. Həmçinin innovativ həllər də davam etməkdədir. Biz hesab edirik ki, Fintex sektorunun inkişafı üçün hazırda böyük imkan var. Bizim məqsədimiz platformalar yaratmaqdır. Bu platformalar Fintexlərin daha da əlçatan və inkişafına ciddi təsir edə bilər" - deyə V.Xəlilov bildirib.

Müəllif: Elmir Murad