14:30 - 29.09.2025
29 sentyabr, Fineko/abc.az. Cari ilin 8 ayı ərizndə ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 20% artıb.
Bu barədə ABC.AZ Azərbaycan Mərkəzi Bankının hesabatına əsasən xəbər verir.
Qeyd olunur ki, 2025-ci ilin avqust ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8,172 mln. manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 7,153 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1,015 mln. manatı POSterminallar, 4 mln. manatı isə özünə xidmət terminalları və bankomatlar vasitəsilə gerçəkləşdirilib.
İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 67.3%-ni təşkil etmişdir
17 Avqust 2026
17 Avqust 2026
15 Avqust 2026