09:16 - 20.09.2025
20 sentyabr, Fineko/abc.az. Cari ilin ilk 8 ayı ərzində Azərbaycan Respublikası Baş Prokurorluğunun və hüquq-mühafizə orqanlarının qərarlarına, Dövlət Maliyyə Nəzarəti Xidmətinin iş planına və plandankənar yoxlamalara əsasən ümumilikdə 85 nəzarət obyektində aparılan nəzarət tədbirləri ilə 166,9 milyon manat məbləğində artıq və əsassız ödənişlər aşkar edilib.
Bu barədə ABC.AZ Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Bildirilib ki, həmin vəsaitin dövlət büdcəsinə bərpası ilə əlaqədar, habelə nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində müvafiq tədbirlərin görülməsi üçün yoxlama materialları hüquq mühafizə orqanlarına göndərilib.
Müzakirələrdə dövlət vəsaitlərinin təyinatı üzrə səmərəli istifadəsinə nəzarətin gücləndirilməsi, nəzarət tədbirlərinin keyfiyyətinin və şəffaflığının artırılması istiqamətində tədbirlərin davam etdiriləcəyi, nəzarət tədbirlərinin növlərindən biri kimi təhlil və monitorinqlərin əhatə dairəsinin genişləndiriləcəyi vurğulanıb.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026