Ermənistanda yenidən “Mir” kartlarından istifadəyə icazə veriləcək

15:29 - 19.09.2025


19 sentyabr, Fineko/abc.az. Ermənistanda yenidən Rusiyanın “Mir” kartları və QR-kodlarla ödənişə icazə veriləcək.

ABC.AZ xəbər verir ki, bu barədə mətbuat konfransında Ermənistanın Turizm komitəsinin rəhbəri Lusine Gevorkyan məlumat verib.

“Hazırda bank sistemimiz Rusiya Federasiyasının ödəniş sisteminə, ‘Mir’ kartlarına və QR-kodla ödəniş imkanına uyğunlaşdırılır”, – o, bildirib.

Gevorkyanın sözlərinə görə, 2025-ci ilin əvvəlindən indiyədək Ermənistanı iki milyon turist ziyarət edib və onların üçdə biri Rusiya vətəndaşlarıdır. © İnterfax