16:02 - 17.09.2025
17 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-iyul aylarında Bakı şəhərində yerinə yetirilmiş ümumi inşaat işlərinin 91,3 %-ini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.
Bakı şəhər Statistika İdarəsindən ABC.AZ-a verilən məlumata görə, ötən 7 ay ərzində paytaxtın tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 86,4 %-ini inşaat, yenidənqurma və bərpa, 6,8 %-ini əsaslı təmir, 3,6 %-ini cari təmir, 3,2 %-ini isə sair tikinti işləri təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycanda tikinti müəssisələri tərəfindən (fərdi sahibkarlar nəzərə alınmaqla) yerinə yetirilmiş inşaat işlərinin 82,8 %-ini inşa, yenidənqurma və bərpa, 8 %-ini əsaslı təmir, 5,4 %-ini cari təmir, 3,8 %-ini isə sair tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 88,6 %-ini qeyri-dövlət mülkiyyətində olan tikinti müəssisələri yerinə yetiriblər.
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026