10:29 - 17.09.2025
17 sentyabr, Fineko/abc.az. Xaricdən Azərbaycana köçürülmüş pul baratları 533,9 milyon dollar olub.
ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov tədiyə balansının təqdimatına həsr olunmuş brifinqdə bildirib.
İlk üçlüyü xatırladan Mərkəzi Bank rəsmisi burada liderin Rusiya olduğunu vurğulayıb: "Pul baratları daxil olan ilk üç ölkəyə Rusiya (214 milyon dollar), Türkiyə (52,1 milyon dollar), ABŞ (52 milyon dollar) daxildir. Sözügedən dövrdə Azərbaycandan xaricə göndərilən pul baratlarına gəlincə, burada məbləğ 238,2 milyon dollar təşkil edib. Türkiyə (68 milyon dollar), ABŞ (40 milyon dollar) və Rusiyaya (22,1 milyon dollar) köçürmələr üstünlük təşkil edib".
Müəllif: Elmir Murad
18 Avqust 2026