10:39 - 16.09.2025
16 sentyabr, Fineko/abc.az. Azərbaycan bu il 178 ölkədən turist qəbul edib.
ABC.AZ xəbər verir ki, bunu "Mastercard"ın Azərbaycan üzrə meneceri Emil Zeynalov jurnalistlərlə keçirilmiş görüşdə bildirib.
O qeyd edib ki, daha çox gələn turistlər arasında birinci yerdə Türkiyə turistləridir: "Təəccüblüsü odur ki, bu dəfə Qazaxıstandan da gələnlər çoxalıb. Bizim araşdırmalarımız onu göstərir ki, gələn turistlər üçün birinci yerdə gecələmə, yəni otellərdə qalmaq gəlir. Azərbaycana gələn turistlər üçün biz strategiya müəyyənləşdirmişik. Belə ki, Azərbaycanın çox gözəl tarixi məkanları, tarixi kəndləri var və biz bundan maksimum gəlir əldə etməliyik. "MasterCard" da buna dəstək verməyə hazırdır. Yəni, biz "MasterCard" olaraq gələn turistlərin daha təhlükəsiz və sürətli alış-verişini təmin etmək üçün infrastruktur hazırlayırıq. Onu da qeyd edim ki, gələn turistlər otel və restoran xərclərini artırıb".
Müəllif: Elmir Murad
8 Avqust 2026
8 Avqust 2026